Kayseri

Kayseri
türk. Kayseri
Gerb

38°43′21″ şm. e. 35°29′15″ ş. u.HGYO


Ölkə
Daxildir Mərkəzi Anadolu
İcra başçısı Məmduh Böyükqılınc[1]
Qubernator Şəhmus Günaydın[2]
Tarixi və coğrafiyası
Hündürlük
1.050 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.389.680 nəf. (2018)
Rəsmi dili Türkcə
Rəqəmsal identifikatorlar
ISO kodu TR-38
Telefon kodu +90 352[3]
Poçt indeksi 38000–38999[4][5]
Avtomobil nömrəsi 38[6]
Rəsmi sayt
Türkiyə miqyasında Kayseri xəritəsi
Türkiyə miqyasında Kayseri xəritəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KayseriTürkiyənin Mərkəzi Anadolu regionunda yerləşən böyük sənayeləşdirilmiş şəhər. Kayseri ilinin inzibati mərkəzidir. Kayseri Böyükşəhər Bələdiyyəsinin fəaliyyət göstərdiyi şəhər, struktur olaraq beş böyük ilçə, Qocasinan, Məlikqazi və 2004-cü ildən bu yana Hacılar, İncəsuTalas, bunlarla yanaşı 11 kiçik ilçə, Ağqışla, Bünyan, Dəvəli, Fəlahiyyə, Özvətən, Pınarbaşı, Sarıoğlan, Sarız, Tomarza, Yəhyalı olmaqla ümumilikdə 16 ilçədən ibarətdir.[7][8][9]

Kayseri, hündürlüyü 3916 metr olan Ərciyəs dağının ətəyində yerləşir.[10] Şimal və şimal-qərbdə Yozqat, şimal-şərqdə Sivas, şərqdə Qəhrəmanmaraş, cənubda Adana, cənub-qərbdə Niğdə, qərbdə Nevşəhər ilə əhatə olunmuşdur.[11] Dünyanın ən qədim şəhərlərindən biri olan Kayseri antik dövrlərdə Kappadokiya adlanan tarixi bölgənin bir hissəsi olmuşdur. İpək yolu üzərində yerləşən şəhər, coğrafi mövqeyinə görə daim düşmən işğallarına məruz qalmışdır. Həmçinin, bölgə bir çox sivilizasiyaların beşiyi olmuşdur.[12][13]

Türkiyə iqtisadiyyatında diqqətçəkici ölçüdə inkişafa malik şəhərlərin yer aldığı Anadolu Pələngləri qruplaşmasında ilk sırada yer alan Kayseri, regionda yüksək sənayeləşməsi ilə digər şəhərlərdən kəskin fərqlənir.[14] Şəhərdə işsizlik digər şəhərlərə nisbətən olduqca aşağıda səviyyədə olmuş, oxuma-yazma qabiliyyətinə görə isə İstanbulAnkara kimi böyük şəhərlərlə daim rəqabətdə olmuşdur.[15] Savadlılıq səviyyəsi isə 93,82% olaraq təyin olunmuşdur. Kayseri torpaqlarının 54,3%-i kənd təsərrüfatı üçün olduqca əlverişlidir.[16]

Şəhər bir sıra tarixi abidələri, o cümlədən Səlcuqlu dövrünə aid bir çox tarixi abidəyə ev sahibliyi edir.[17][18][19] Adətən Kappadokiya ziyarətlərində xeyli miqdarda turist qəbul edən Kayserinin özünə məxsus bir çox görməli məkanları var. SəlcuqluOsmanlı dövrünə aid tarixi abidələr və muzeylər yer alan Pınarbaşı, Ağqışla, TalasDəvəli ilçələri, şəhər ətrafında alpinizmtrekinq üçün Ərciyəs dağı, raftinq üçün Zamantı çayı olduqca məşhurdur.[20][21] Şəhərdə Erkilet Beynəlxalq Hava Limanı xidmət göstərir.[22][23] Bununla yanaşı, şəhər 2 dövlət Ərciyəs Universiteti, Abdullah Gül Universiteti, 1 özəl Nuh Naci Yazqan Universitetinə ev sahibliyi edir.[24]

Türkiyə Statistika Qurumunun 2011-ci il siyahıyaalmasına əsasən, şəhər əhalisi 1,389,000 nəfər olmuşdur.[25][26]

  1. "Büyükkılıç önce mazbatayı ardından görevi teslim aldı kayseri büyükşehir belediye başkanı memduh büyükkılıç: "üzerimize yüklenen yükün farkındayız" - Kayseri Haberleri". www.haberturk.com (türk). 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2020.
  2. "21 vali merkeze çekildi, 17 valinin görev yeri değişti". www.haberturk.com (türk). 2018-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2020.
  3. "0352 nerenin telefon alan kodu?". www.hurriyet.com.tr (türk). 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  4. "Kayseri Posta Kodu 38000". posta-kodlari.com (türk). 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  5. "Kayseri İl Posta Kodu Nedir? Kayseri İlçelerinin Posta Kodları". Milliyet (türk). 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  6. "38 Nerenin Plakası? Kayseri İlçelerinin Plaka Kodları Ve Harfleri". Milliyet (türk). 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
  7. "Kayseri'nin İlçeleri Neler Ve Hangi Bölgede? Kayseri'de Gezilecek Ve Tarihi Yerler". www.hurriyet.com.tr (türk). 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  8. "Kayseri ilinin ilçeleri listesi". www.kayserikent.com (türk). 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  9. "Kayseri'nin İlçeleri". AtlasBig (türk). 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  10. "Erciyes Dağı". Kayseri Büyükşehir Belediyesi (türk). 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  11. "Kayseri'nin Komşu İlleri". Coğrafya Eğitim Sitesi (türk). 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  12. "Kayseri'den geçen İpek Yolu". kayseri.ktb.gov.tr (türk). 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  13. "İpek Yolu'nun 778 yıllık incisi: Karatay Kervansarayı". www.trthaber.com (türk). 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  14. "Kayseri Ekonomisi İyi". www.kayserikent.com (türk). 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  15. "Kayseride Eğitim Öğretim Ocakları ve İstatistikler". www.kayserikent.com (türk). 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  16. "Kayseri'nin Coğrafi Yapısı". Kayseri İl Tarım ve Orman Müdürlüğü. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  17. "Kayseri En İyi 10 Tarihi ve Turistik Yer - Tripadvisor". www.tripadvisor.com.tr (türk). 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  18. "Kayseri Gezilecek Yerler - Tarihi Mekanlar". Neredekal.com (Turkish). Kapadokya Bölgesi’nin sınırları içerisinde bulunan Kayseri, yıl boyunca binlerce turiste ev sahipliği yapmaktadır. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  19. Kaya, Kemal. "Kayseri Gezilecek Yerler | Kayseri'de Görmeniz Gereken 18 Yer". Gezi Rehberi (türk). 3 aprel 2018. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  20. "Türkiye'de Snowboard İçin En İyi Yerler - Advenport". ADVENPORT (türk). 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  21. "Türkiye'deki Önemli Kayak Merkezleri". ADVENPORT (türk). 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  22. "Kayseri Erkilet Havalimanı". Hepfly.com (türk). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  23. "Kayseri Havalimanı". www.kayseri.gov.tr (türk). 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  24. "Neden Erciyes Üniversitesi?". Erciyes Üniversitesi (türk). 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  25. "Kayseri Nüfusu". www.nufusu.com (türk). 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.
  26. "Melikgazi nüfusu ile 43 şehirden daha büyük - Kayseri Haberleri". www.haberturk.com (türk). 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2020.

Developed by StudentB